Daha 2 nəfər dəm qazının qurbanı oldu

2-02-2024, 09:43           
Daha 2 nəfər dəm qazının qurbanı oldu
Bakıda 11 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

Hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 2013-cü il təvəllüdlü Mədinə Kamran qızı İsmayılova dünən axşam dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə dünən saat 16 radələrində Quba rayonu Xaltan kəndində qeydə alınıb. Kənd sakini Ramazanova Sədaqət Rzabala qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru