ABŞ-də helikopter Nevadadan Kaliforniyaya gedərkən itib

8-02-2024, 10:18           
ABŞ-də helikopter Nevadadan Kaliforniyaya gedərkən itib
ABŞ-də göyərtəsində beş dəniz piyadası olan helikopter yoxa çıxıb.

Qeyd olunub ki, “CH-53E Super Stallion” təyyarəsi ötən gecə Las-Veqas yaxınlığındakı bazadan San Dieqo istiqamətində uçub. Hava şəraiti ilə əlaqədar olaraq uçuş çətinləşib. Nəticədə helikopter təyinat yerinə çatmayıb.

Bildirilib ki, Dəniz Piyadaları Korpusu xilasediciləri yardım üçün çağırıblar. Bundan sonra təcili yardım xidmətləri əlçatmaz səhra ərazisində axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Mənbə: ABC News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru