Həbs olunanlardan biri Vasif Talıbovun yaxın qohumudur

22-05-2015, 22:47           
Həbs olunanlardan biri Vasif Talıbovun yaxın qohumudur
Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Moderator.Az-ın məlumatına görə, Qəzənfər Novruzov Naxçıvan MR Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.

Qəzənfər Novruzovun qardaşı isə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş vermiş dəhşətli yanğınla bağlı keçirdiyi sonuncu iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.