Naməlum şəxslər Varşavada sinaqoqu yandırmağa cəhd ediblər

2-05-2024, 09:57           
Naməlum şəxslər Varşavada sinaqoqu yandırmağa cəhd ediblər
Naməlum şəxslər Varşavanın mərkəzində sinaqoqu yandırmağa cəhd ediblər, insident nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Polşanın baş ravvini Mixael Şudrixə istinadən respublikanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Ravvin Şudrix yazır ki, kimsə Molotov kokteyli ilə Nojikov sinaqoqunu yandırmağa cəhd edib. Allaha şükür, heç kim xəsarət almayıb", - nazir "X"də yazıb.

Polşa mediası paytaxt polisinin hadisə ilə bağlı məlumatlandırıldığını və artıq araşdırma apardığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru