Yük qatarı dəmir yolu işçilərini əzdi: 6 nəfər ölüb

5-06-2024, 08:54           
Yük qatarı dəmir yolu işçilərini əzdi: 6 nəfər ölüb
Çinin Heyloncian əyalətində dəmir yolu xəttində baş verən bədbəxt hadisə nəticəsində 6 nəfər ölüb. TEREF “Azərtac”a istinadən xəbər verir ki, Suyhua-Vancian xəttində hərəkət edən yük qatarı yolda təmir işləri aparan dəmir yolu işçilərini vurub. İki nəfər yerindəcə ölüb, ağır yaralanan 4 nəfər isə daha sonra ölmüş elan edilib.

Hadisə ilə əlaqədar xətdə qatarların hərəkəti bir müddət dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru