Gəncədə iki uşaq anası olan 29 yaşlı qadın intihar edib

12-06-2024, 11:02           
Gəncədə iki uşaq anası olan 29 yaşlı qadın intihar edib
Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayaş 1995-ci il təvəllüldü Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarım tikilidə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, T. Aslanova ailəli olub, 2 övladı var. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru