Soçidə gənc cütlüyün dalğalarla "zarafatı" faciə ilə nəticələndi

19-06-2024, 16:34           
Soçidə gənc cütlüyün dalğalarla "zarafatı" faciə ilə nəticələndi
Rusiyanın Soçi şəhərində dəhşətli hadisə baş verib. Belə ki, Lipetsk vilayətindən istirahətə yollanan 20 yaşlı qız və onun sevgilisinin adrenalin həvəsi faciə ilə nəticələnib: İri dalğalar gənc qızı açıq dənizə aparıb.

Sosial şəbəkələrdə hadisə anının görüntüləri yayılıb.

Kadrlarda cütlüyün təhlükəli hava şəraitinə məhəl qoymayaraq, çimərlikdə dalğalarla "oyunları" əks olunub. Ancaq sonda dalğanın gənc qızı dənizə sürükləməsi və onun saniyələr içində yoxa çıxması görünür.

Məlumata görə, artıq üçüncü gündür ki, xilasetmə qüvvələri qızı axtarırlar. Ancaq axtarışlar hələlik nəticəsiz qalıb.

Mənbə: News.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru