Baba nəvəsinin ad gününə gəlib qızılları oğurladı - inanılmaz OLAY

20-06-2024, 00:16           
Baba nəvəsinin ad gününə gəlib qızılları oğurladı - inanılmaz OLAY
Rusiyanın Krasnoyarsk diyarında nəvəsinin doğum günü münasibətilə qızının yanına təbrikə gələn ata onları qarət edib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs nəvəsinin ad gününə qızına baş çəkməyə gəlib. Kişi zərgərlik qutusunu görüb və onu oğurlayıb. O, oğurladığı əşyaların kiçik bir hissəsini avtomobilinin yük yerindəki kilimin altında, qalanını isə pencəyinin qoltuq cibində gizlədib.
Tezliklə qızının qayınanası ona zəng edib ki, qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı ərizə yazıb. Məsuliyyətdən qorxan kişi qızıl çantanı parka atıb. Daha sonra fikrini dəyişərək geri qayıdıb, lakin atdığı yerdə zinət əşyalarını tapmayıb.
Ümumi ziyan təxminən 1 milyon rubl (təxminən 19 min 300 manat) təşkil edib, şübhəli şəxsə qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb. İstintaq materialları baxılması üçün məhkəməyə verilib. \\Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru