Gədəbəydə kürəkən qayınanasını döyərək xəsarət yetirib 20-06-2024, 00:20 Gədəbəy rayonunda yaşlı qadın döyülərək xəsarətlər alıb."Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1959-cu il təvəllüdlü Z.Əhmədova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Yaxınları qadının kürəkəni tərəfindən döyüldüyünü bildiriblər.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş