İki hərbçimiz yol qəzasında həlak oldu - Foto

21-06-2024, 00:15           
İki hərbçimiz yol qəzasında həlak oldu - Foto
İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Qeyd edək ki, hər iki şəxsin hərbçi olduğu bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru