ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Bredd Dvorak ölkəmizi tərk edir.
Dvorak Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə səfirlikdə Azərbaycanın ictimai-siyasi sektorunun təmsilçiləri ilə vida görüşü keçirib.
Qonaqlarla söhbətində Dvorak ölkəmizdə yaşadığı illər haqqında danışaraq, Azərbaycanı unutmayacağını deyib.