Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olub
24-06-2024, 08:18
Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olubDağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərov da olub.
"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı yazıb.
Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı "Kommersant"a təsdiqləyib.
Artıq Serqokalinsk rayonunun rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Öz növbəsində "TASS" hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.