Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - TƏFƏRRÜAT
25-06-2024, 09:23
Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.
Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.