Avtomobil izdihamın üzərinə sürüldü: ölən və xəsarət alanlar var - FOTO

2-07-2024, 00:17           
Avtomobil izdihamın üzərinə sürüldü: ölən və xəsarət alanlar var - FOTO
Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində azı 9 nəfər ölüb, 4 nəfər yaralanıb. "Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya polisinə istinadən məlumat yayıb.

Daxil olan məlumata görə, qəza Seul meriyasının yaxınlığındakı yolayrıcında baş verib.

Avtomobili idarə edən yaşlı kişi işıqforun yaşıl işığını gözləyən piyadaları vurub. Onun hadisədən əvvəl daha iki avtomobillə toqquşduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru