Azərbaycanda dəhşətli qəza: Ölənlər və xəsarət alanlar var

3-07-2024, 09:52           
Azərbaycanda dəhşətli qəza: Ölənlər və xəsarət alanlar var
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Nizami İsa oğlu Hüseynov və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini Sabirə Sümbət qızı Məmmədovadır.

Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Ramiz Əli oğlu Xankişiyev, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Nərgiz Nizami qızı Hüseynova, 1990-cı il təvəllüdlü Beyləqan rayon sakini İmaməddin Murtuza oğlu Bəndəliyev, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini Raul Vüsal oğlu Məlikzadə və 2010-cu il təvəllüdlü İbrahim Vüsal oğlu Məlikzadədir.

Qəza nəticəsində xəsarət alan şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.