Ermənistanın Şirak vilayətində zəlzələ olub

8-07-2024, 10:23           
Ermənistanın Şirak vilayətində zəlzələ olub
Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı (Ml) zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.

Ermənistanın Daxili İşlər Nazirliyi isə təbiət hadisəsinin yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə eynidir) qeydə alındığını və vilayətin Bavra kəndindən 17 km şimal-şərqdə yerləşdiyini açıqlayıb. DİN yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb:

“Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru