Bitkoin 3 %-ə yaxın ucuzlaşıb

19-12-2024, 09:34           
Bitkoin 3 %-ə yaxın ucuzlaşıb
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.

Kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.

İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “XRP”dir (7,02 % azalıb).

Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb. \\Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru