İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi VİDEO

Bu gün, 11:09           
İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi  VİDEO
İtaliyada "Ryanair" daşıyıcı aviaşirkətinə məxsus olan "Boeing 737" təyyarəsi Romadan havaya qalxmağa hazırlaşdığı zaman göyərtəsinə pişik daxil olub və gizlənib.

Nəticədə pişik iki gün ərzində təyyarə reysinin işini iflic edib.

Bu barədə "The Sun" nəşri məlumat verib.

Məlumata görə, sərnişinlərin təyyarəyə minməyə başlamasından bir qədər əvvəl ekipaj üzvləri salonda pişik miyoldaması eşidiblər. Yoxlama zamanı pişik elektron sistemlərin yerləşdiyi hissədə aşkarlanıb. Komanda üzvləri onu tutmağa çalışsalar da, dərhal kabellərin arasında gözdən itib. Mühəndislər hətta bir neçə paneli də çıxarıblar, lakin bu da pişiyi tapmağa kömək etməyib.

Nəticədə ekipaj təyyarənin qapısını açıq qoymağa qərar verib. İki gün keçdikdən sonra pişik nəhayət ki, göyərtəni tərk edib və təyyarə planlaşdırılan uçuşunu gecikmiş də olsa, həyata keçirə bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.