Hərbi təyyarə qəzaya düşdü - Ölənlər var

Dünən, 09:24           
Hərbi təyyarə qəzaya düşdü -
taliyanın mərkəzi bölgəsində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Qəzet yazır ki, 70-ci aviasiya alayına məxsus T-260B tipli təyyarə Latsio bölgəsinin Sabaudiya bələdiyyəsi ərazisində qəzaya düşüb.

Qeyd olunub ki, xilasedicilər qəzaya uğramış təyyarənin içində iki hərbçinin cəsədini tapıblar. Təyyarə parkın girişlərindən birinin yaxınlığındakı meşəlik ərazidə qəzaya uğrayıb.

Hadisə zamanı həmin yerdə insanların olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru