Özəl ali məktəblərə qəbul olanların və boş qalan plan yerlərinin sayı açıqlanıb

16-08-2017, 13:44           
Özəl ali məktəblərə qəbul olanların və boş qalan plan yerlərinin sayı açıqlanıb
Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı Rus bölməsinin məzunlarıdır.
Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-I III, 108-I IV, 48-I isə V ixtisas qrupunu seçib.
Bu il özəl ali təhsil müəssisələrinə qəbul olma faizi 58.70% olub (44.82%-i I, 52.61-i II, 81.39%-i III, 40.00%-i IV, 45.71%-i isə V qrup üzrə). Qəbul imtahanlarının I mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2579 (41.30%) vakant yer qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru