Alkanardakı partlayışın dağıntıları arasında ikinci cəsəd tapılıb
19-08-2017, 10:27
Kataloniya polisi Alkanar yaşayış məntəqəsindəki evdə baş vermiş partlayışdan sonrda dağıntılar arasından ikinci cəsədi tapıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın hüquq-mühafizə orqanları "Twitter"də məlumat yayıblar. "Alkanarda evdə ikinci cəsəd tapılıb, ekspertiza aparılır", - deyə xəbərdə bildirilir. Avqustun 17-də Alkanarda 1 nəfərin ölümü, daha 7 nəfərin xəsarət alması ilə nəticələnən partlayış törədilib.