Putin prezident seçkiləri ilə bağlı zarafat edib: "Lazım gələrsə, kombaynçı işləyərəm"

2-02-2018, 07:42           
Putin prezident seçkiləri ilə bağlı zarafat edib: "Lazım gələrsə, kombaynçı işləyərəm"
Rusiya prezidenti Vladimir Putin "Rostselmaş" zavodunun texnikasını nəzərdən keçirərkən kombaynçı işləməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, prezident seçkiləri ilə bağlı zarafat edərkən deyib.

"Əgər lazım gələrsə, martın 18-dən sonra kombaynçı işləməyə gedəcəyəm", - deyə o, müxtəlif istismar şərtlərində kombaynın işini imitasiya edən trenajor moduluna əyləşərkən bildirib.

Qeyd olunur ki, Rusiya lideri həmçinin traktorların yığılma sexində iş prosesi ilə də tanış olub və yığılmış maşınlara baxıb.

18 mart 2018-ci il tarixində Rusiyada prezident seçkiləri keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru