Pulları göyə uçdu, insanlar yığıb qaytardı

2-02-2018, 09:06           
Pulları göyə uçdu, insanlar yığıb qaytardı
Çinin Şuanyaşan şəhərində insanlar göydə uçan pulları yaxalayaraq onu sahibinə qaytarıblar. Bu barədə “South China Morning Post” nəşri xəbər verir. İnsanlar küçədən 100 yuanlıq kupyuralardan çoxlu sayda toplayıblar ki, bu da ümumən 4,8 min yuan təşkil edib. Baş vermiş hadisə ilə bağlı sahibkar Çzyan Quntyu yaxınlıqda yerləşən bankın şöbəsinə məlumat verib. Onun təşəbbüsü ilə müşahidə kamerasının görüntüləri təhlil edilib.

Video göstərib ki, bankın ziyarətçilərindən biri əlində 15 min yuanla ordan çıxıb, onu ciblərinə yerləşdirmək istəyəndə isə bir qismi yerə tökülüb və o, bunu fərq etməyib. Bank bu müştərinin kimliyini müəyyənləşdirib və onunla əlaqə saxlayıb. Məlum olub ki, yoldan keçənlər yerə səpələnən bütün pulları yığmağa nail olublar.

Külək daim Çin sakinlərinin pulunu əlindən aparır. 2016-cı ilin noyabr ayında isə Yançen şəhərindəki bir bankda istifadəçinin əlindən 30 min yuan uçmuşdu. Bir ay sonra isə Dalyan şəhərində külək 25 min yuanı havaya sovurdu. Hər iki hadisədə yoldan keçənlər itirilmiş pulu yığmağa yardım etdilər.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.