İsmayıllıda qadın evinin həyətində yad kişi meyiti tapıb

3-02-2018, 17:03           
İsmayıllıda qadın evinin həyətində yad kişi meyiti tapıb
İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyidi tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona geri qayıdıb və dəmir darvazanı açaraq həyətə daxil olarkən orada bir kişinin öldüyünü görüb. Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu məlum olub. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilsə də onun meyidinin İsmayıllı şəhərində tənha yaşayan qadının evinin həyətində tapılması müəmmaya səbəb olub. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ məlum deyil. Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru