Özbəkistanda 4,3 maqnitudalı zəlzələ olub 5-02-2018, 08:37 Özbəkistanda 4,3 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanların episentri paytaxt Daşkənd şəhərindən 81 km şimal-şərqdə, ocağı 5 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş