Qaxlı qardaşlar cinayətdə əlbir oldular

5-02-2018, 13:30           
Qaxlı qardaşlar cinayətdə əlbir oldular
Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar.

Əvvəllər də məhkum olunmuşlar - Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru