Şamaxıda avtomobil dərəyə yuvarlandı - 4 nəfər yaralandı
1-04-2018, 20:53
Şamaxıda yol-nəliyyat hadisəsi baş verib.
teref.az "Report"a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 4 nəfər xəsarət alıb.