Azərbaycanda məktəblilərin öldüyü dəhşətli hadisə barədə YENİ XƏBƏR
2-04-2018, 12:24
Dünən Füzuli rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zobucuq kəndi yaxınlığında dərəyə aşaraq yanan avtomobili sürən "Qayıdış-5" qəsəbə sakini, 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlunun sürücülük vəsiqəsinin olmadığı məlum olub. Həmin qəsəbədəki orta məktəbin 9-cu sinfində oxuyan Yusif digər məktəb yoldaşları ilə birgə atasına məxsus “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək sürətlə idarə edərkən qəzaya düşüb. Maşın yoldan çıxaraq dərəyə aşıb. Sakinlərin köməkliyi ilə yaralılar maşından çıxarılıb. Az sonra isə avtomobil alışmağa başlayıb.
Qeyd edək ki, qəzada avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.