Sürücülərin nəzərinə: Bu yollar bağlanır

6-04-2018, 16:50           

Aparılan təmir işləri ilə əlaqədar bu gecə Bakının iki ərazisində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.
teref.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşdırma qısa müddətə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətində tətbiq ediləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru