Əsəddən dəhşətli hücumla bağlı ilk açıqlama

9-04-2018, 08:58           

Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə etməyimizlə bağlı yayılan xəbərlər həqiqətdən uzaqdır.

Axar.az xəbər verir ki, bu sözlər Suriya hökumətinin açıqlamasındandır.

“Suriya ordusu terrora qarşı mübarizədə irəliləyişə nail olanda ortaya kimyəvi silah yalanı atılır. Bu, Dumadakı terrorizmi qorumaq məqsədi daşıyır”, - açıqlamada bildirilib.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru