Bakıda oteldə İran vətəndaşı intihara cəhd edib 25-07-2018, 09:50 Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb."Report" xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib.1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O çoxlu qan itirib.Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Facebook-da paylaş