Nabranda faciə: bir ailənin 4 üzvü dənizdə boğuldu
25-07-2018, 20:40
Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq dənizdən çıxarılıb.