Qeyri-adi klaviatura yaradıldı

26-07-2018, 08:13           
Qeyri-adi klaviatura yaradıldı
Cənubi Koreya mühəndisləri kağız vərəqi kimi əzilən elastik kompüter klaviaturası hazırlayıblar.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, qeyri-adi elastikliyə malik innovativ qurğunun daha bir fərqli cəhəti onun süni intellektlə təchiz olunmasındadır. Klaviatura əsasını kompüter təlimi alqoritmlərinin təşkil etdiyi analoqu olmayan texnologiya ilə yaradılıb.

"Biz adi rezin klaviaturalarda tətbiq edilən sensorlardan istifadə etməmək və onların əvəzinə süni intellektin gücündən yararlanmaq qərarına gəldik", - Seçjon Universitetinin professoru Son Ki Son bildirib.

Professorun sözlərinə görə, silikon kauçukdan hazırlanan klaviaturanın daxilində nanoborucuqlar massivindən yaradılan neyron şəbəkəsi quraşdırılıb. Neyroşəbəkə tərəfindən istifadəçinin rezin üzərində çəkilən ayrı-ayrı kvadratşəkilli klavişlərin basılması müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru