Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı - Azərbaycanda

14-08-2018, 10:15           
Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı - Azərbaycanda
Nizami rayonunda bank mühasibinin evindən külli miqdarda oğurluq olub.
“Ölkə.Az”ın məlumatına görə, Qara Qarayev prospekti 119-da Orxan Elxan oğlu Məmmədova məxsus mənzildən 50 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq barədə polisə elə zərərçəkən özü məlumat verib. Hadisə yerinə 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək mənzildən əl-barmaq izləri götürüblər və zərərçəkənin izahatı alınıb.
Qeyd edək ki, Orxan Məmmədov Mərkəzi Bankda mühasib işləyir.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsiylə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru