Xəstəliyinə görə evində çətənə kolu becərdi — 70 kiloqramlıq

15-08-2018, 18:25           
Xəstəliyinə görə evində çətənə kolu becərdi — 70 kiloqramlıq
Goranboy rayonunda yaşadığı evdə çətənə kolu yetişdirən şəxs tutulub.
Teref.az xəbər verir ki,Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1959-cu il təvəllüdlü Qubad Nağıyev öz həyətində kultivasiya və aqrotexniki qaydada qulluq edərək ümumi çəkisi 70 kiloqramdan artıq olan çətənə kolları becərib.

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Q.Nağıyev saxlanılıb.
O, ifadəsində kəskin ağrıları olduğunu və bu ağrıları yetişdirdiyi narkotik tərkibli bitkilərdən istifadə edərək sakitləşdirdiyini bildirib.

Hazırda saxlanılan şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

(olke.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.