Cümə günü axşam Fransanın Marsel şəhərində yüksəksürətli qatar vağzalın girəcəyində relsdən çıxıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın milli dəmiryolu şirkəti olan SNCF məlumat yayıb.
"Vağzalın girəcəyində aşağı sürətlə hərəkət edən yüksəksürətli qatarın relsdən çıxması səbəbindən Marsel vağzalında hərəkət pozulub", - deyə SNCF öz rəsmi "Twitter" səhifəsində yazıb.
Hadisə zamanı qatarda 350 sərnişin olub. "Müştəri və əməkdaşlarımızdan heç kim xəsarət almayıb", - deyə şirkət qeyd edib.