Çinin Harbin şəhərində yerləşən "Sun Island" istirahət mərkəzində yanğın meydana gəlib.
Qaynarinfo South China Morning Post-a istinadən xəbər verir ki, ilk məlumatlara görə 18 nəfər dünyasını dəyişib, 16 nəfər xilas edilib, yaralılar barədə məlumat verilmir. Əraziyə 105 yanğınsöndürən, 30 yanğınsöndürən maşın cəlb edilib. Hadisənin səbəbi araşdırılır.