Azərbaycanda sığorta ilə bağlı yenilik

7-07-2019, 15:49           
Azərbaycanda sığorta ilə bağlı yenilik
Azərbaycanda sistem əhəmiyyətli sığortaçılar müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığortaçının bazar davranışı, potensialı və sığorta bazarında həcmi nəzərə alınmaqla, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi və onun fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını təmin etməlidir.

Bu məqsədlə 2019-2020-ci illərdə sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi ilə bağlı qanunvericiliyin formalaşdırılması, sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi metodologiyasının hazırlanması və tətbiqi təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru