DMX Vüsal Hüseynovun bahalı xidməti avtomobil alması barədə məlumatlara münasibət bildirib

8-07-2019, 16:44           
DMX Vüsal Hüseynovun bahalı xidməti avtomobil alması barədə məlumatlara münasibət bildirib
Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, Xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobilinin istismar müddəti 13 il əvvəl bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə DMX rəisi Vüsal Hüseynovun iyunun 28-də 166 min 356 manat 40 qəpik məbləğində “BMW“ markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan “Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən “İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru