Saakaşvilidən Putinin təhqir edilməsinə - Reaksiya

9-07-2019, 09:21           
Saakaşvilidən Putinin təhqir edilməsinə - Reaksiya
Ukraynada gürcü jurnalistlərin metodlarından istifadə etməyə lüzum yoxdur.

Axar.az RİA-ya istinadla xəbər verir ki, bu sözləri Mixail Saakaşvili “Rustavi 2” telekanalının aparcısı Georgi Qabuniyanın Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təhqirlərlə bağlı növbəti açıqlamasında deyib.

“Uzun illər onlar (Rustavi -2) mənim ünvanıma hər şey dedilər. Bu, onların metodudur. Düşünürəm ki, bizə onların yolu ilə getmək lazım deyil”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.

Saakaşvili isə bundan öncəki açıqlamasında kanal əməkdaşlarını isterikadan uzaq durmağa səsləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru