Ermənistan enerji sistemindəki qəzaya görə İranı günahlandırıb

11-07-2019, 10:49           
Ermənistan enerji sistemindəki qəzaya görə İranı günahlandırıb
Ermənistan baş vermiş enerji qəzasına görə İranı günahlandırıb.

Xezerxeber.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qəzanın baş verməsinin dəqiq səbəbləri bilinmir.

Nazir müavinin sözlərinə görə, Ermənistanda qeydə alınmış qəzanın İrandan qaynaqlandığı ehtimal edilir.

"Biz iranlı həmkarlarımızla əlaqə saxladıq. Təsdiq etdilər ki, onlarda da analoji qəza baş verib. Bu qəzanın baş verməsinə səbəb olaraq ən ağlabatan variantdır. Məsələ ilə bağlı, işçi qrup yaradılıb. Səbəblər araşdırılacaq, günahkarlar cəzalandırılacaq" - nazir müavini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın enerji sistemində qəza baş verib. Bu gün səhər saatlarından İrəvanın enerji təchizatında problemlər yaşanır. Şəhərdə telefon və internet fasilələrlə işləyir.

İrəvan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru