Karantin postunu taran edən Milli Məclisin işçisi imiş

9-04-2020, 18:25           
Karantin postunu taran edən Milli Məclisin işçisi imiş
Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

Teref.az xəbər verir ki, BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Milli Məclisdən “Qafqazinfo”ya Rəmzi Şükürovun işdən çıxarılmasını təsdiqləsələr də, səbəbini açıqlamayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru