“Ümid edirəm ki, yaxın vaxtlarda tam sağalacam” - Virusa yoluxan diaspor sədri

15-04-2020, 11:01           
“Ümid edirəm ki, yaxın vaxtlarda tam sağalacam” -
“Hazırda digər günlərə baxanda özümü yaxşı hiss edirəm. Mənimlə maraqlanan hər kəsə “çox sağ olun” deyirəm. Sevginiz əzizdir”.

Bunu Modern.az açıqlamasında, Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.

Mirvari Fətəliyeva tezliklə tam sağalacağına ümid etdiyini də bildirib:

“Düzdü, yorğunluq və bəzi simptomlar bədənimdən tam olaraq çıxmayıb. Daxili gücümə çox inanıram. Yaxınlarımın, məni tanıyanların diqqəti, qayğısı indiki halda mənim üçün hər şeydir. Ümid edirəm ki, yaxın vaxtlarda tam sağalacam”.

Qeyd edək ki, M.Fətəliyeva bir neçə müddət bundan əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçərkən, verdiyi testin nəticəsi müsbət çıxmış, onda koronavirus aşkarlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru