Qətlə yetirilən İqbal Mahmudovla Ziya Məmmədovun sağ əli Qulam Ələkbərov “AZUD”un həmtəsisçisi olublar – SƏNƏDLƏR

29-01-2016, 15:11           
Qətlə yetirilən İqbal Mahmudovla Ziya Məmmədovun sağ əli Qulam Ələkbərov “AZUD”un həmtəsisçisi olublar – SƏNƏDLƏR
Həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri, biznesmen İqbal Mahmudovun 2012-ci ildə qətlə yetirilməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər yazılar dərc olunub. Onun qətlinin Ukraynada biznesi olan Qulam Ələkbərov tərəfindən sifariş edildiyi barədə də mətbuatda məlumatlar yayılmışdı.

Mətbuatda dərc olunan yazılarda göstərilirdi ki, Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderlərə bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malik olan şəxsdir. Əlbəttə bütün bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadğını biz yox, hüquq-mühafizə orqanları müəyyən edə bilər.

Ancaq bir məqam bizim üçün maraqlıdır. İqbal Mahmudovun ölümü ilə bağlı dərc olunan bütün yazılarda Qulam Ələkbərovun mərhumla şərik olması barədə heç nə qeyd olunmur.

Sadəcə Qulam Ələkbərovun Ukraynada biznesi olduğu bildirilir. NUH.az-a daxil olan sənədlərdə isə göstərilir ki, İqbal Mahmudov və Qulam Ələkbərov 2010-cu ildə Ukraynada birgə “AZUD” MMC yaradıblar. Təsis fondunda birincinin payı 1.221.656 qrn, ikincinin payı 2.480.332 qrn-dır. Sənədlərdə hətta MMC-nin səlahiyyətli şəxsinin adı da qeyd olunur: Olqa Yeremenko. Bizim üçün maraqlıdır ki, nə üçün İqbal Mahmudovun ölümü ilə bağlı istintaq prosesində bu sənədlər ortaya çıxmayıb..?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.