Əli Həsənov hazırda ev dustağıdır, tezliklə həbs ediləcək – AÇIQLAMA

18-01-2021, 23:49           
Əli Həsənov hazırda ev dustağıdır, tezliklə həbs ediləcək – AÇIQLAMA
“Əli Həsənov hazırda ev dustağıdır, tezliklə barəsində həbs-qətimkan tədbiri seçilə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış ictimai fəal Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Əli Həsənov Azərbaycana gətirildiyi barədə yayılan xəbərlərlə yenidən gündəmə gəlib. O isə öz növbəsində açıqlama verərək bildirib ki, oktyabrın 1-dən etibarən Bakıdadır, ev şəraitində müalicə olunur və yaradıcılıq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, “Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”, – deyən Əli Həsənov ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbsindən sonra gündəmi zəbt edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru