Eldar Quliyevin qardaşı qızı kollecdə bazar açıb

9-02-2016, 23:20           
Eldar Quliyevin qardaşı qızı kollecdə bazar açıb
Ötən yazımızda Bakı Biznes və Kooperasiya kollecində baş alıb gedən qanunsuz əməllərdən bəhs etmişdik. Bildirmişdik ki, kollecin direktoru Azərbaycan Kooperasiya universitenin rektoru Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyeva bu təhsil müəssisəsində rüşvətxorluğa və korrupsiyaya rəvac verib. Direktor öz müavini Vaqif müəllimin əli ilə tələbələri “soyub soğana çevirir”. teref.az irevan-press.com-a istinadən yazır ki,burda oxuyub bilik əldə etmək əsas meyar deyil. Oxumaq heç də stimul verici ünsür olmadığından, tələbələr məcbur olub, qanunsuz yollarla illərini görürlər. Mənbənin bildirdiyinə görə, Vaqif müəllimin direktordan səlahiyət alan Vaqif müəllim dərsə gəlməyən tələbələrin sihasını tutdurur və onlardan rüşvət toplayır. Kim istəyirsə, əvvəldən günü 5 manat olmaq şərti ilə bütün semestrin dərslərini “satın ala bilər”. Pulu olmayan xanım tələbələri ötüşdürməyin də bu kollecdə yolları kəşf olunub. Redaksiyamıza daxil olan tükürpədici məlumatları tam araşdırdıqdan sonra yenidən mövzuya qayidacağıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru