Qərb Universitetində ağılagəlməz QAYDALAR...

9-02-2016, 23:50           
Qərb Universitetində ağılagəlməz QAYDALAR...
Kəsiri olan tələbə bir saatda üç dərsdə ola bilərmi? Ölkədə fəaliyyət göstərən özəl universitetlərdə hələ də ciddi problemlərin olması heç kimə sirr deyil. Bəzən bu problemlər tələbələrin imtahanı zamanı yaranır. Daha doğrusu, imtahanlarda tələbələrdən pul yığılır və sairə... Amma elə özəl universitetlərimiz də var ki, tələbədən pul almaq üçün daha "ağıllı", daha "işlək", daha gəlirli yollar axtarıb tapıb. Belə "fərasatə" sahib olan özəl ali təhsil ocaqlarından biri "Qərb" Universitetidir. Ümumiyyətlə, bu universitetdə sistem çox ağıllı qurulub. Yəni, tələbəyə qarşı edilənlər, pul yığımı universitetin daxili qaydalarına uyğun həyata keçirilir. Tələbə bir qədər etiraz etsə, ona qaydalar bir daha xatırladılır və xaric edilməsi üçün ciddi əsasların olması göstərilir. Belə ki, bu universitetdə tələbələrə qarşı edilən haqsızlıqları heç yerdə görmək mümkün deyil. Əsasən qiyabi təhsil alan tələbələrə edilənlər sadəcə şok yaradır. Universitetdə qiyabi təhsil alan tələbələrin verdiyi məlumata görə, qurulan sistem uzun illərdi işləkdi və bu yolla milyonlar qazandırır.
Tələbələr Bizimesr.az-a bildirib ki, bir imtahandan kəsildinsə işin bitdi. Kəsirlər ardıcıl olaraq davam etdirilir və tələbə çıxılmaz hala salınır. Növbəti semestr imtahanlarında tələbəyə əlavə pul ödətdirilir və yenidən kəsirin olan fənnlə bağlı fərdi şəkildə dərsə qatılmaq məcburiyyətində qalırsan. Bu qarmaqarışıq sistemdə tələbələrin həm pulları gedir, həm də yeni problemlərə yol açılılır. Təsəvvür edin...Bir tələbəyə eyni saatda 3 dərs yazılır. Yəni, tələbə eyni vaxtda həm kəsiri olan fənlə bağlı dərslərdə olmalıdır, həm də öz ixtisasının cədvəlinə uyğun dərsdə iştirak etməlidir. Bu necə baş verə bilər? Bir tələbə eyni saatda 3 dərsdə necə ola bilər? Bu suala cavab birmənalı olaraq yoxdur. Belə olan təqdirdə tələbə bir dərsdə olur, digər dərsdə iştirak etmədiyi üçün qayib alır. Və semestr sonunda qayiblərinə görə, pul ödəyir ki, silinsin. Bunula da növbəti kəsirlər yaranır, yenidən tələbəyə pullu dərs saatı yazılır, imtahandan qiymət almaq üçün müəllimlə bazarlığın qiyməti 200-300 manata qalxır. Tələbələr deyir ki, bu sistemi universitetin rektoru Zemfira Məmmədova tətbiq edib. Səsini çıxaran tələbə isə, dərhal qovulur.Elə isə, Universitetdəki bu sistem nəyə xidmət edir?
Apardığımız araşdırmaya görə, bu ali təhsil ocağında dərs deyən müəllimlərə kəsiri olan tələbələrdən alınan pullardan əlavə maaş verilir. Müəllim üçün tələbəni kəsirdə saxlamaq sərf edicidir...Elə isə, universitetin rektoru Zemfira Məmmədovaya bir sual ünvanlayaq. Bir tələbə eyni saatda 3 dərsdə necə ola bilər? Bu hansı ölkənin təhsil sistemi ilə oxşarlıq təşkil edir?Qeyd edək ki, əksər tələbə rektorun adını belə bilmir. Bildikləri bir söz var - "Rektorumuz qadındır və nazirin qohumdur. Ona görə, ona heç kim heç nə demir...".
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.