“Toyota Motor” şirkəti gənc dizaynerin intiharında məsuliyyətini etiraf etdi

8-06-2021, 06:43           
“Toyota Motor” şirkəti gənc dizaynerin intiharında məsuliyyətini etiraf etdi
“Toyota Motor” şirkəti qərargahında dəfələrlə təhqirə məruz qalan gənc dizaynerin intiharında məsuliyyətini etiraf edib.

Yaponiyanın ən böyük avtomobil istehsalçısı bu kimi hadisələrin kökünü kəsəcəyini vəd verib və qurbanın ailəsi ilə barışığa getdiyini bildirib.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, “Toyota Motor”un prezidenti Akio Toyoda hadisə ilə əlaqədar rəsmi üzr istəyib və intihar edən işçinin ailəsinə təzminat ödəniləcəyini deyib.

Qeyd olunur ki, 2015-ci ildə korporasiyaya qəbul edilən gənc 2016-cı ilin martından bəri şirkətin qərargahında maşın dizaynı ilə məşğul olub. Sonradan məlum olub ki, rəhbərlik onu müntəzəm olaraq ictimai təhqirlərə məruz qoyub, onu müvəffəqiyyətsizlikdə günahlandırıb. Sinir böhranı üzündən gənc dizayner 2017-ci ilin oktyabrında korporasiya işçilərinin yataqxanasında intihar edib.

Bu iş araşdırıldıqdan sonra sözügedən vəziyyət dövlət nəzarət orqanları tərəfindən insan haqlarının pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə halları kimi tanınıb.

Hadisədən sonra “Toyota Motor” nizamnaməsini dəyişdirib və oxşar hadisələrə görə cəzaları artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru