Ata 9 yaşlı qızına işgəncə verdi, onu videoya çəkərək… – Azərbaycanda QANDONDURAN OLAY/VİDEO

8-06-2021, 17:17           
Ata 9 yaşlı qızına işgəncə verdi, onu videoya çəkərək… –
Videoda gördüyünüz şəxsin adı Vəliyev Rauf İsgəndər oğludur. Onun işgəncə verərək döydüyü 9 yaşlı qızı Məlikzadə Milanadır.

bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Rauf Vatsap vasitəsi ilə həyat yoldaşı Rzayeva Təranə Arif qızı ilə danışır və onlar artıq birgə yox, ayrı yaşayırlar: “Onu da xatırladaq ki, bu ailə qeyri-rəsmi şəkildə nə az, nə çox 10 il yaşayıb. Təranə Rzayeva Moskvada yaşayır. O bildirir ki, 7 aydır ki, Rauf Vəliyevlə ayrılıblar. Səbəb olaraq isə qeyd edir ki, Raufun işgəncələrinə tab gətirə bilməyərək başını götürüb evdən çıxıb. Qızı Milana isə atası Raufla qalıb. Təranə Rzayevanın sözlərinə görə, Rauf indi də 9 yaşlı qızı Milanaya işgəncələr verməyə keçib.

Hətta qızına verdiyi işgəncələri Vatsapla Təranə Rzayevaya videogörüntü vasitəsi ilə zəng edərək göstərir. Aidiyyəti orqanlardan xahiş edirik ki, bu məsələni diqqətdə saxlayaraq lazımi tədbirlər görsünlər”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.