Ən varlı amerikalıların vergiləri barədə məlumatlar ABŞ-da qalmaqala səbəb oldu

9-06-2021, 07:41           
Ən varlı amerikalıların vergiləri barədə məlumatlar ABŞ-da qalmaqala səbəb oldu
"ProPublica" portalının ABŞ milyarderləri tərəfindən ödənilən gəlir vergisinin miqdarı barədə dərc etdiyi məlumatlar ölkədə sərvət verdisinin tətbiq olunmasına çağırışlara və Vergi İdarəsi tərəfindən araşdırmanın başladılmasına səbəb olub.

Trend-in məlumatına görə, 2014-2018-ci illərdə aralarında Amazon"un banisi Ceff Bezosun, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın və "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Uorren Baffetin də olduğu ən varlı ABŞ vətəndaşları tərəfindən ödənilən gəlir vergisi bütövlükdə onların sərvətlərinin artımının bir neçə faizindən çox deyil.

Qeyd edilir ki, minimal "vergi dərəcəsi" üzrə bir növ rekorda 90 yaşlı Uorren Baffet imza atıb. Belə ki, göstərilən dövr ərzində U.Baffetin sərvəti 24,3 milyard dollar artıb, lakin o 125 milyon dollar artım barədə məlumat təqdim edib və 23,7 milyon dollar vergi ödəyib. Bu isə artımın yalnız 0,1 faizini təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.